Goranboyda polis əməkdaşı qəza törətdi


Goranboyda polis əməkdaşı qəzaya düşüb.
Hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib.

Minik avtomobilinin köməkçi yoldan əsas yola çıxdığı zaman qəzaya düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Nurlan Abbasov Xocalı Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Xəbər lenti
Çox oxunanlar