Arvadını xəyanətə görə öldürən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Murad lu Zamanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd: Hadisə 20 sentyabr 2023-cü il tarixdə, gecə saat 02 radələrində Salyan şəhərində baş verib. Belə ki, Salyan şəhər sakini, 1965-ci il təvəllüdlü Murad Zaman oğlu Zamanov həyat yoldaşı, 1976-cı il təvəllüdlü Nazilə Məhərrəm qızı Zamanovanı kəndirlə boğaraq qətlə yetirib. Faktla bağlı Salyan Rayon Prokuroluğunda cinayət işi açılıb. Murad Zamanov ifadəsində bildirib ki, arvadını ona xəyanət etdiyi üçün öldürüb.

Xəbər lenti
Çox oxunanlar