Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səlim Səlimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 13 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində Sabirabad rayonu Şəhriyar kəndində yerləşən heyvan bazarında qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Səlim Səlimov orada olarkən həmkəndlisi, zərərçəkmiş Mayıl Məmmədovu (şərti) görərək ona yaxınlaşıb. O, narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasına görə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmiş əmisi barəsində məlumatların polis əməkdaşlarına guya zərərçəkmiş tərəfindən ötürülməsi və bununla qohumunun ifşa olunması barədə başqa şəxsin məlumat verməsinə görə iradını bildirib. Səlim ona bir neçə gündür ki, axtardığını deyib, bu məsələyə aydınlıq gətirilməsini tələb edib. Mayı da bu barədə heç nə demədiyini bildirsə də, Səlim onun yalan danışdığını, onu aldatdığını düşünərək, zərərçəkmişlə mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs Mayılın baş nahiyəsinə yumruğu ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Səlim Səlimov cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: O, daha əvvəl məhkumluq həyatı yaşayıb.
Bu gün, 15:23
Bu gün, 15:22
Bu gün, 15:05
Bu gün, 15:04
Bu gün, 13:15
Dünən, 14:31
Dünən, 14:28
Dünən, 12:21
Dünən, 11:40
Dünən, 11:38
Dünən, 11:34
Dünən, 11:09
Dünən, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19