Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq.
Azdin.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının (BŞH) məlumatında bildirilib.
Qeyd edilib ki, 19-21 sentyabrda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.
"Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi
● M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət
● S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
● Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti
● Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi
Çıxış nöqtələri:
● Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall
● İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti
● Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall
Məlumatda deyilir ki, bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır", -
Qeyd edilib ki, Bakı "Formula 1" üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır:
"2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub. Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir".
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12