Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5 %-ni təşkil edib.
"Azdin.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə daxili dövlət borcu 17 milyard 46,8 milyon manatı, xarici dövlət borcu isə 4 milyard 893,1 milyon ABŞ dolları (8 milyard 318,3 milyon manat) olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxili dövlət borcu 0.85% və ya 146.1 milyon manat, xarici dövlət borcu isə 7.7% və ya 406 milyon dollar azalıb. Beləliklə, ölkənin dövlət borcu ötən ilin eyni dövrünə nisbətən 836.3 milyon manat azalıb.
Xatırladaq ki, hesabat dövründə dövlət borcuna xidmət xərcləri 1 milyard 516.8 milyon manat olub ki, bununda 1 milyard 66.8 milyon manatı xarici dövlət borcuna, 449.9 milyon manatı isə daxili borca yönəlib.
Bu gün, 13:52
Bu gün, 12:03
Bu gün, 12:01
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:03
Dünən, 15:43
Dünən, 15:36
Dünən, 15:33
Dünən, 11:53
Dünən, 11:31
Dünən, 10:07
Dünən, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12