Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalacaq.
Azdin.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na yeni - 5-ci hissə əlavə edilib.
Qeyd edək ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkar, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkar, işçi sayı 51-dən 250-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkar, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkar hesab olunur.
Bu gün, 13:52
Bu gün, 12:03
Bu gün, 12:01
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:03
Dünən, 15:43
Dünən, 15:36
Dünən, 15:33
Dünən, 11:53
Dünən, 11:31
Dünən, 10:07
Dünən, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12