Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 167,3 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalıb.
Dövlət Statistika Komitəsindən azdin.az a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb.
Məlumata görə, yanvar-iyul aylarında avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı 26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağlarının istehsalı isə 37,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycanda neft məhsullarının dinamikası:
| Məhsul növləri | Yanvar-iyul 2022-ci il | İllik müqayisə, % |
| Avtomobil benzini, min ton | 646,2 | 93,6 |
| Neft-kimya sənayesində istifadə üçün benzin, min ton | 169,1 | 68,4 |
| Ağ neft, min ton | 309,2 | 106,1 |
| Dizel yanacağı, min ton | 1 076,7 | 73,8 |
| Yanacaq mazutu, min ton | 66,4 | 2,6 dəfə |
| Sürtkü yağları, min ton | 21,7 | 62,2 |
| Neft bitumu, min ton | 228,2 | 115,8 |
| Neft koksu, min ton | 97,2 | 63,2 |
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12