Növbəti ildə əhaliyə ödənişlər 6 077, 58 milyon manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun ( DSMF) ümumi xərclərinin 97,02 %-i səviyyəsində proqnozlaşdırılıb.
azdin.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində qeyd olunub.Sənədə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 5 907, 18 milyon manatı əmək pensiyalarının və 170,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdən ibarətdir.
Əhaliyə ödənişlərin 2023-cü il üçün nəzərdə tutulmuş proqnozu 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 646,38 milyon manat və 11,90 % çoxdur. Müqayisə üçün qeyd edilməlidir ki, 2023-cü il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,2 %-ni təşkil edir. 2023-cü ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 12,36 % və ya 650,18 milyon manat çox nəzərdə tutulub.
2023-cü il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının İqtisadiyyat Nazirliyi tərəfindən rəsmi təqdim olunmuş gözlənilən artım tempinə (14,5 %) uyğun indeksləşdirilməsi nəzərə alınır.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12