Azərbaycanda əhalinin gəlirləri 15 % artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 37 milyard 871,1 milyon manat təşkil edib.

“azdin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14 % artaraq 3 735 manat təşkil edib

Xəbər lenti
Çox oxunanlar