Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Tural Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 11 may 2024-cü il tarixdə, saat 22:30 radələrində Ağcabədi şəhəri, M.Aranlı küçəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Tural Əhmədov şəxsi münasibətlər zəminində həmyerlisi, 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun bədəninin müxtəlif nahiyələrinə ov bıçağı ilə dörd dəfə zərbə vuraraq qətlə yetirib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Əhmədov Ağcabədi şəhəri, M.Aranlı küçəsində saxlanılıb. Onun üstünün yoxlanılması zamanı cinayətin törədilməsində istifadə edilmiş ov bıçağı aşkar edilib götürülüb.
Tural Əhmədovun barəsində inayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12