Ali Məhkəmədə Şamaxıda qətl törətməkdə və qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Tural Hacıyev və qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan onun atası Mahir Hacıyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib və Mahir Hacıyevə isə şərti cəza verilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: 2024-cu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Daha sonra Tural Hacıyevin atası Mahir Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib.
Tural Hacıyev məhkəmədə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək göstərib ki, əmisi oğlu Ramini arvadı ilə birlikdə yataq otağında tutub. Sonra o, Ramini arvadı ilə aralarında olan münasibətə görə qısqanclıq zəminində iplə asaraq öldürüb.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23