Qadının içərisində 23 500 dollar olan pulqabısı oğurlandı

Bakıda qadının içərisində xeyli miqdarda pul olan çantası oğurlanıb.


DİN-dən "azdin"a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23.500 ABŞ dolları və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.

Xəbər lenti
Çox oxunanlar