Bakı Apellyasiya Məhkəməsində iki qardaşı bıçaqlamaqda ittiham olunan Azər Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdın ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Azər Zeynalovun 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib.
İttihama görə, təqsirləndirilən şəxs hadisəni quldurluq məqsədilə törədib. O, səhər saatlarında Yaqub və Məhəmməd Hüseynzadənin yaşadığı evə daxil olub. Həmin vaxt qardaşların oyanmaq üzrə olduqlarını gördükdə mətbəxdəki bıçağı götürərək onları yatdıqları yerdə bıçaqlayıb. Yaralı qardaşlar xəstəxanaya yerləşdirilib, onları xilas etmək mümkün olub. Təqsirləndirilən Azər Zeynalova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.