Mingəçevirdə 24 yaşlı oğlan tanışını bıçaqladı

Mingəçevirdə gənc oğlan bıçaqlanıb.

"Azdın.az"ın məlumatına görə, sentyabın 7-si saat 20 radələrində aralarında baş vermiş mübahisə zamanı 1999-cu il təvəllüdlü Babayev Hüseyn Ağakərim oğlu Mingəçevir şəhəri ərazisində piyada hərəkətdə olan tanışı 1995-ci il təvəllüdlü Kərimov Rəvan Firuz oğlunu evdən götürdüyü mətbəx bıçağı ilə bir dəfə vuraraq sağlamlığına ağır zərər vuran xəsarət yetirib.


Faktla bağlı 19.09.2023-cü il tarixdə CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmış və hazırda Mingəçevir ŞPŞ-də istintaq aparılır.

Xəbər lenti
Çox oxunanlar