Bakıda gecə klubunda qız bıçaqlanıb

Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nizami rayon ərazisində yerləşən “Palermo” gecə klubunda baş verib.

Əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü Cavanşir Əliyev klubda 1995-ci il təvəllüdlü Zümrüd Əsgərovanı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Cavanşir Əliyev saxlanılıb.

Xəbər lenti
Çox oxunanlar