Tərtərdə 14 yaşlı yeniyetmə özündən 4 yaş böyük şəxsi qətlə yetirdi

Tərtərdə bir nəfər bıçaqlanaraq öldürülüb.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, yanvar ayının 1-də saat 1 radələrində Tərtər rayonu ərazisində rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar