Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.azdin.az xəbər verir ki, general-mayor rütbəsi alan Canpolad Alı oğlu Daanov DİN-in Polis Akademiyasının rəisidir. O, bu vəzifəyə 2020-ci ilin noyabr ayında təyin olunub. C.Daanov həmin təyinatadək Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində çalışıb.
Ali xüsusi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov 2020-ci ilin noyabr ayından DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir. O, bundan öncə Suraxanı rayonunun polis rəisi olub.
General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir. O, bu vəzifəyə 2020-ci ilin iyun ayında təyinat alıb. Həmin təyinatadək V.Ələkbərov BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.
Prezident tərəfindən ali xüsusi rütbəyə layiq görülən digər polis zabiti isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Sərdar Süleyman oğlu Səfərovdur. S.Səfərov bu vəzifəyədək BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi olub.

Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12