Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Qorbaçovun mükafatdan məhrum edilməsi üçün Norveç Nobel Komitəsinə məktub ünvanladı

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayıblar.
 
Azdin.az xəbər verir ki, məktubda deyilir:
 
“Hörmətli Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnes.
 
Hörmətli Norveç Nobel Komitəsinin üzvləri - cənab Asle Toje, xanım Anne Enger, xanım Kristin Clemet, xanım Gry Larsen.
 
Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar veteranları, ictimai fəallar Sizə 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən Nobel Sülh Mükafatı ilə təltif olunmuş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovla əlaqədar müraciət edirik.
 
Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması bu mükafatın tarixində ən böyük ədalətsizlikdir. Sizdən bu qara ləkəni təmizləməyi, Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmağı, Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsini xahiş edirik.
 
Azərbaycan xalqı hər il 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulması nəticəsində ümumilikdə 150 nəfərin kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünü qeyd edir, cəllad Mixail Qorbaçovu lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Mixail Qorbaçov Bakıya, dinc əhaliyə qarşı qoşun yeridilməsi əmrini şəxsən verib və kütləvi qətllərə görə birbaşa məsuliyyət daşıyır. Bu cinayətin qanlı izi silinməzdir.
 
20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. 20 Yanvar faciəsi bəşəriyyət əleyhinə cinayətdir, bu hadisə zamanı dinc insanlar qətlə yetirilib, yaralanıb, oğurlanıb, işgəncələrə məruz qalıb. Bütöv bir xalqa qarşı tarixi cinayət törədilib.
 
20 Yanvar qırğını SSRİ-nin ədalətsiz siyasətinə etiraz edən Azərbaycan xalqının azadlıq, müstəqillik mübarizənin boğulması üçün əvvəlcədən planlaşdırılmış dövlət cinayətidir. Bu kütləvi qırğın Sovet hakimiyyətinə qarşı 1956-cı il Macarıstandakı, 1968-ci il Çexoslovakiyadakı qanlı hadisələrlə eyni sırada dayanır.
 
Böyük ağrı hissi ilə deyə bilərik ki, məhz bu qırğından sonra Norveç Nobel Komitəsi tərəfindən əlləri Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif edilməsi bizim üçün 20 Yanvar kədəri qədər əzablıdır.
 
Azərbaycan ictimaiyyəti uzun illərdir ki, bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib.
 
Mixail Qorbaçovun əmri ilə törədilmiş bu dəhşətli cinayət Azərbaycan xalqının əzmini qıra bilmədi, bir il sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
 
Nobel qardaşları Azərbaycan tarixində müstəsna iz buraxıb. Lakin təəssüf edirik ki, həyatının ən vacib hissələri Bakıdakı uğurları ilə sıx bağlı olan Nobelin arzusu olan mükafatlar Azərbaycan xalqının qanını axıtmış Mixail Qorbaçova verilib.
 
Mixail Qorbaçovu mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi. Buna ciddi ehtiyac var.
 
Biz ümid edirik ki, siz Nobel dəyərlərinin təhqir edilməsinə göz yummayacaq, Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədaləti bərpa edəcəksiniz.
 
Hörmətlə,
 
Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
 
Eldar Quliyev - Azərbaycan Ağsaqqallar Şurasının sədri
 
Novruzəli Aslanov - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri
 
Əmir Əliyev - “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri
 
Cəlil Xəlilov - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri
 
Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri
 
Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
 
Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri
 
Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
 
Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
 
Dilqəm Əhməd - “Çapar - Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri
 
Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
 
Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri
 
Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri
 
Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
 
Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
 
Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
 
Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
 
Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri
 
Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri
 
Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
 
Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri
 
Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
 
Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri
 
Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri
 
20 Yanvar şəhidi Mirzə Qəniyevin ailə üzvü Gülarə Məmmədova
 
20 Yanvar şəhidi Allahyar Nəsibovun ailə üzvü Nurayə Сəfərova
 
20 Yanvar şəhidi Kərimov İlqarın ailə üzvü Lətifə Kərimova
 
20 Yanvar şəhidi Nurəddin Ağahüseynovun ailə üzvü Şirnayə Axundova
 
20 Yanvar şəhidi Azad Rzayevin ailə üzvü Dilarə Rzayeva
 
20 Yanvar şəhidi Bəxtiyar Hüseynovun ailə üzvü Nənəbəyim Quliyeva
 
20 Yanvar şəhidi Elçin İmanovun ailə üzvü Beydulla İmanov
 
20 Yanvar şəhidi Yanvar Nəsirovun ailə üzvü Almara Nəbiyeva
 
20 Yanvar şəhidi İbiş Məmmədovun ailə üzvü Zəri Babayeva
 
20 Yanvar şəhidi Rasim Muxtarovun ailə üzvü Firəngiz Muxtarova
 
20 Yanvar şəhidi Asif Əsədullayevin ailə üzvü Rəfiqə Əsədullayeva
 
20 Yanvar şəhidi Məmmədəli İsmayılovun ailə üzvü İsmayılov İsmayıl
 
20 Yanvar şəhidi Oqtay Kərimovun ailə üzvü Minarə Kərimova
 
20 Yanvar şəhidi Ağamehdi İbadzadənin ailə üzvü Sona İbadzadə
 
20 Yanvar şəhidi Mehman Həsənovun ailə üzvü Səmayə Musayeva
 
20 Yanvar şəhidi Zahir Nuriyevin ailə üzvü Validə Nuriyeva
 
20 Yanvar şəhidi Yusif Sadıqovun ailə üzvü Kəhriz Sadıqova
 
20 Yanvar şəhidi Taryel Abduyevin ailə üzvü Məlahət Əliyeva
 
20 Yanvar şəhidi Tofiq Novruzovun ailə üzvü Səidə Mehdiyeva
 
İs20 Yanvar şəhidi Yusif Qasımovun ailə üzvü Reyhanə Meşkinçapaqani
 
20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun ailə üzvü Şövkət Xanməmmədova
 
20 Yanvar şəhidi Fuad Mövludovun ailə üzvü Dilarə Mövludova
 
20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin ailə üzvü Oktay Novruzbəyli
 
20 Yanvar şəhidi Anar Məmmədovun ailə üzvü Vilen Məmmədov
 
20 Yanvar şəhidi Nüsrət Yaqubovun ailə üzvü Dilşad Əskərova
 
20 Yanvar şəhidi İsfəndiyar Zülalovun ailə üzvü Təranə Zülalova
 
20 Yanvar şəhidi Tenqız Turabovun ailə üzvüŞirmayı Turabova
 
20 Yanvar şəhidi Aslan Ağaverdiyevin ailə üzvü Zərifə Ağaverdiyeva
 
20 Yanvar şəhidi İsmayıl Mursaqulovun ailə üzvü Gülüş Mursaqulova
 
20 Yanvar şəhidi Firuz Cabbarovun ailə üzvü Rəfiqə Cabbarova
 
20 Yanvar şəhidi Sahib Həsənovun ailə üzvü Ruhəngiz Həsənova
 
20 Yanvar şəhidi Rövşən Rüstəmovun ailə üzvü Ziyafət Rüstəmova
 
20 Yanvar şəhidi Mircamal Əbülfətovun ailə üzvü Rəna Əbülfətova
 
20 Yanvar şəhidi Bayram Əliyevin ailə üzvü Zahirə Əlıyeva
 
20 Yanvar şəhidi Vaqif Mirzəyevin ailə üzvü Mirzəyeva Mehparə
 
20 Yanvar şəhidi Rəşid İsmayılov ailə üzvü Elmira İsmayılova
 
20 Yanvar şəhidi Baba Xammədovun ailə üzvü Şərqiyyə Babazadə
 
20 Yanvar şəhidi Zabulla Əliyevin ailə üzvü Ümsələmə Əliyeva
 
20 Yanvar şəhidi Rahim Babayevin ailə üzvü Yaqut Quliyeva
 
20 Yanvar şəhidi İsabala Bayramovun ailə üzvü Nəzirə Bayramova
 
20 Yanvar şəhidi İlqar İbrahimovun ailə üzvü Yekaterina İbrahimova
 
20 Yanvar şəhidi Zahid Abdullayevin ailə üzvü Zeynəb Abdullayeva
 
20 Yanvar şəhidi Baloğlan Bağırovun ailə üzvü Aybəniz Bağırova
 
20 Yanvar şəhidi Zahid Əliyevin ailə üzvü Roza Bağırova
 
20 Yanvar şəhidi Anagəldi Durdiyevin ailə üzvü Mənsurə Qəhrəmanova
 
20 Yanvar şəhidi Səxavət Məmmədovun ailə üzvü Şəhla Məmmədova
 
20 Yanvar şəhidi Ülvi Bünyadzadənin ailə üzvü Kifayət Bünyadzadə
 
20 Yanvar şəhidi Faiq Əlizadənin ailə üzvü Kəmalə Əlizadə
 
20 Yanvar şəhidi Musa Adilovun ailə üzvü Xatirə Adilova
 
20 Yanvar veteran Sultan Əzimzadə
 
20 Yanvar veteran Eyşan İskəndərov
 
20 Yanvar veteranı İmran İskəndərzadə
 
20 Yanvar veteranı Mübariz İsmayılov
 
20 Yanvar veteranı Şahin İmaməliyev
 
20 Yanvar veteranı Bafadar İbrahimli
 
20 Yanvar veteranı Salman Əhədli
 
20 Yanvar veteranı Rövşən Cahangirov
 
20 Yanvar veteranı Akif Nəsirov
 
20 Yanvar veteranı Asif İbrahimov
 
20 Yanvar veteranı Soltan Abbasov
 
20 Yanvar veteranı Gülağa Şərifzadə
 
20 Yanvar veteranı Samir Piriyev
 
20 Yanvar veteranı Emil Əlayi
 
20 Yanvar veteran Tahir Fətullayev
 
20 Yanvar veteranı Valeh Hüseynov
 
20 Yanvar veteranı Rövşən Abbasov
 
20 Yanvar veteranı Səttar Bədəlov
 
20 Yanvar veteranı Şakir Azadəliyev
 
20 Yanvar veteranı Sadiq Quluzadə
 
20 Yanvar veteranı Fəridə Muradova
 
20 Yanvar veteranı Əsəd Əsədzadə
 
20 Yanvar veteranı Vaqif Namazov
 
20 Yanvar veteranı Asim Hüseynov
 
20 Yanvar veteranı Ramiz Hüseynov
 
20 Yanvar veteranı Abdulla Ağazadə
 
20 Yanvar veteranı Hüseyn Məmmədov”.

Xəbər lenti
Çox oxunanlar