"2020-ci ilədək bir çox dünya dövlətlərinin Azərbaycana qarşı normal münasibətləri var idi, lakin ölkəniz ərazi bütövlüyünü bərpa etdikdən sonra vəziyyət dəyişdi. 1994-2020-ci illərdə fəaliyyət göstərən Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir iş görmədi". APA-nın məlumatına görə, bu sözləri Fransanın "Côte d'Azur" Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan Münaqişəsi" adlı beynəlxalq konfransda söyləyib.
O, vurğulayıb ki, 5 il bundan əvvələdək ölkələrimiz arasında əlaqələr normal səviyyədə inkişaf edib:
"Fransa əvvəllər, yəni 2020-ci ilədək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və suverenliyinin tərəfdarı olub. 2020-ci ilədək Fransa və Azərbaycan arasında normal münasibətlər mövcud olub. Mənim Fransanın ölkənizdəki səfirləri ilə söhbətlərim olub. Onlar həmişə deyirdilər ki, Fransa və Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yaxşı inkişaf edib. Lakin bayaq da qeyd etdiyim kimi, ərazi bütövlüyünün təmin edilməsindən sonra rəsmi Paris Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başlayıb".
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12