Prezident İlham Əliyev Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.
azdin.az xəbər verir ki, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,0 (on iki) milyon manat ayrılsın.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12