Türkiyə Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

“azdin az” xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.
Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb

Xəbər lenti
Çox oxunanlar