"Əmək pensiyaları" haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq.
Bunu deputat Vüqar Bayramovun bildirib.
Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə Mərkəzi Bank (MB) 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. MB-də bu il Azərbaycanda qiymətlərin 6 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub.
Bu o deməkdir, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmasa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Yəni, bu halda əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12