Gürcüstandan bu il deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Bu ilin birinci yarısında Gürcüstandan 20 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Cari ilin ilk rübündə qonşu ölkədən 4 nəfər, ikinci rübündə isə 16 nəfər Azərbaycan vətəndaşı çıxarılıb. Həmin şəxslərin 13-ü kişi, 7-si isə qadındır.
Qeyd edək ki, yanvar-iyunda Gürcüstanda ümumilikdə 525 nəfər əcnəbi deportasiya ilə üzləşib. Onların arasında Hindistan (89 nəfər), İran (82 nəfər) və Çin (62 nəfər) vətəndaşları üstünlük təşkil edib.

Xəbər lenti
Çox oxunanlar