Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşub, ölən var

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“korrupsiya”nın məlumatına görə, sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Adilə İsa qızı Əliyeva aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti
Çox oxunanlar