Yasamalda 64 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Yasamal rayonunda 64 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“azdin”in məlumatına görə, yolu keçən 1959-cu il təvəllüdlü Mainə Çərkəz qızı Böyükişiyevanı avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar