Almaniyada kilsədə ölənlərin sayı artdı - YENİLƏNİB

Hamburqda Yehovanın Şahidləri kilsəsində baş verən atışma nəticəsində azı 8 nəfər həlak olub.
"Azdin.az" xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb.  Polis 7 nəfərin ağır, 17 nəfərin isə yüngül xəsarət aldığını bildirir. 
Hadisə yerində araşdırmalar davam etdirilir.
***
Almaniyanın Hamburq şəhərində Yehovanın Şahidlərinin kilsəsində 30-a yaxın adam güllələnib. 
"Azdin.az" xəbər verir ki, hadisə  nəticəsində  7 nəfər ölüb, azı 24 nəfər yaralanıb, onlardan 7-nin vəziyyəti ağırdır.
Alman hüquq-mühafizə orqanları bunun “kütləvi qətl” olduğunu bildirib. Hücumda şübhəli bilinən şəxs ölü tapılıb.

Xəbər lenti
Çox oxunanlar