CHP seçiləcəyi təqdirdə xarici siyasəti 180 dərəcə dəyişəcəyini açıqladı

"Xarici siyasəti 180 dərəcə dəyişəcəyik". 

"Azdın.az" xəbər verir ki, bunu Türkiyə prezidentliyinə namizəd müxalif CHP sədri Kamal Kılıçdaroğlu deyib. 

O, iqtidarın hazırkı xarici siyasətini pisləyib: "Döyüşkən xarici siyasət ola bilməz. Ərəb dünyasının daxili işlərinə qarışmaq əsla doğru deyil. Xarici siyasəti 180 dərəcə dəyişəcəyik. Yəni edilənlər yanlışdır. Bunu düzgün zəminə qoymaq lazımdır", - deyə müxalifətçi bildirib

Xəbər lenti
Çox oxunanlar