Vüqar Həşimovun valideynlərinin evində partlayış: Ata-anası xəsarət aldı

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.
 
Bu barədə Azdin.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
 
“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.
 
Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.
 
APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

Xəbər lenti
Çox oxunanlar