Məhkəmə 1,2 milyonluq dələduzluq edən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 
 
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O,  ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.

Xəbər lenti
Çox oxunanlar