Mənzil sahibi olmaq ümidində olan 100-dən çox insan 10 ilə yaxın müddətdir evsiz qalmaqla, pullarının qaytarılacağına ümid edir

Mənzil sahibi olmaq ümidində olan 100-dən çox insan 10 ilə yaxın müddətdir evsiz qalmaqla, pullarının qaytarılacağına ümid edirlər
Rauf Əliyev kimdir?
Tikinti şirkəti olan “İnşaat Konsturksiyaları” MMC-nin faktiki rəhbəri Əliyev Rauf Rəhim oğlu, Yasamal rayonunda “kaktus” restoranı yanında inşa etdiyi binadakı hər mənzili 2-3 adama satmaqla, xüsusilə külli miqdarda (ümumilikdə 10 milyon manata yaxın) zərərvurmaqla dələduzluq etmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Eldar İsmayılovun icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Həmin işdə onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir ki, zərər çəkmiş şəxslərin maddi zərərini ödəsin. Lakin Rauf Əliyev həmin iş üzrə zərəri ödəmək üçün yeni dələduzluq əməlləri törətməyə davam edir. Ərazidə əvvəllər evləri olmuş və tikintiyə görə sökülmüş ev sahiblərinin kirayə ödənişləri də ödənilmir.
Mənzil sahibi olmaq ümidində olan 100-dən çox insan 10 ilə yaxın müddətdir evsiz qalmaqla, pullarının qaytarılacağına ümid edirlər. Görünən odur ki, Rauf Əliyev əvvəllər dövlət orqanlarında işlədiyi müddət ərizndə hüquq sistemində olan boşluqları öyrənməklə, hazırda vətəndaşların hüquqlarını pozmaqla azadlıqda qalır.

Xəbər lenti
Çox oxunanlar