Qobustanda torpaq sürüşməsi: Bir nəfər öldü, digəri xəstəxanaya yerləşdirildi

Avqustun 19-da Qobustan kəndi ərazisində faciəvi hadisə baş verib.
Azdin.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəşad Cəsarət oğlu çayda balıq tutarkən yaxınlıqdakı dərədən torpaq qatı qoparaq onun üzərinə düşüb.
Rəşad Əhmədov hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Osmanov Niyaməddin Şayəddin oğlu Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar