Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
"Azdin.az"ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Belə ki, Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar