İmişlidə traktorla avtomobil toqquşub, ölən var

APA xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Araz Kazımlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Elvin Qurbanovun idarə etdiyi “Belarus” markalı traktor toqquşub.

Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
Çox oxunanlar