Məhkəmə Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Alinin barəsindəki hökmdən verilən apellyasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.             

 
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin esilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd: Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.

Xəbər lenti
Çox oxunanlar