Evdə 5 uşağının səs-küy salmasına görə arvadını döyən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Mahal Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
 
İttihama görə, hadisə 23 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.


Belə ki, Mahal Vəliyev ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı evdə arvadı, zərərçəkmiş Dərya Vəliyeva (şərti) ilə azyaşlı övladlarının səs salması ilə bağlı yaranmış narahatçılıq səbəbindən mübahisə edib. Daha sonra o, zərərçəkmiş şəxsin üzərinə hücum edib, əllə qadının sifət, baş, təpiklə isə bədənin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq, ona xəsarətlər yetirib.

Hadisədən sonra qadın polisə şikayət edib və Mahal cinayət məsuliyyətinə cəlb edilib. 

Məhkəmə baxışı zamanı Mahal Vəliyev özünü təqsirli bilərək ifadəsində göstərib ki, Dərya Vəliyeva ilə 2018-ci ildə ilə rəsmi qaydada ailə qurub, birgə nikahdan beş övladları var.
O, uşaqların səs-küy saldıqlarına görə əsəbiləşib arvadını döydüyünü, sonra isə gedib yatdığını etiraf edib. Mahal törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını deyib, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edib

Xəbər lenti
Çox oxunanlar