Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsin yenidən məhkəməsi başladı

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Qənimə Ədilovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası gələn il fevralın 8-nə təyin edilib.

Qeyd: Rəsmi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimə Ədilova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
Çox oxunanlar