Toyda qonşusunu öldürmək istəyən şəxs məhkəmə qərarından şikayətçidir

Ucarda toy şənliyində qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Maarif Xəlilovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.    
 
Məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.  
 
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.      
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsi Maarif Xəlilovun şikayətini təmin etməyib. 
  
Qeyd: Hadisə ötən ilin sentyabrında Ucar rayonu Küçəkənd kəndində baş verib.
 
 Belə ki, kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.
 
 Kənd sakini, 1971-ci il təvəllüdlü M.Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.
 
 M.Xəlilova qarşı cinayət işi başlanıb.

Xəbər lenti
Çox oxunanlar