Hövsan dəniz limanında faciəvi ölüm

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.
Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.


Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.
O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.

Xəbər lenti
Çox oxunanlar