2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan çox olub. Bu 2023-cü illə müqayisədə 27 faiz illik artım deməkdir.
"Azdin.az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyası və AMB-nin təşkilatçılığı ilə keçirilən "Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.
O qeyd edib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb.
“Eyni zamanda, cari ilin ilk 4 ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67 faiz, sayı isə 91 faizdən artıq olub. Bu isə o deməkdir ki, ödəniş kartları ilə ölkədaxili edilən hər 10 əməliyyatdan 9-u nağdsız formada həyata keçirilir və bu böyük uğurdur”,- deyə o diqqətə çatdırıb.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12