Azərbaycanda dəhşət - Gəlin qayınanasını qətlə yetirdi

İyulun 29-da gecə saatlarında Astarada Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub. 
"Azdin.az"ın məlumatına görə, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, onu yaşadığı evdə gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova ailə münaqişəsi zəminində kəsici alətlə qətlə yetirib. 
R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər lenti
Çox oxunanlar