Məhkəmə sevgilisinə əzab verən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində sevgilisinə əzab vermədə təqsirləndirilən Habil Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apelyasiya şikayəti təmin edilməyib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Habil Məmmədov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 1974-cü il təvəllüdlü Habil Məmmədov 2010-cu il tarixdən qeyri-rəsmi nikahda yaşadığı zərərçəkmiş Qərənfil Quliyeva (şərti) dəfələrlə mobil telefonla kənar şəxslə danışıb. O, həmin şəxsin kimliyini ondan gizlətdiyini əsas gətirib, 29 avqust 2022-ci il tarixdə, saat 13 radələrində yaşadıqları ünvanda qadına əl və ayaq zərbələri, taxta parçası ilə vurub.

Daha sonra Habil Məmmədov bir neçə dəfə də Qərənfili döyərək ona xəsarətlər yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xəbər lenti
Çox oxunanlar