Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul etdi

Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

"Azdin.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.


Xəbər lenti
Çox oxunanlar