Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərinə bir sıra üstünlüklər verən pulsuz "Birbank Cashback" debet kartını təklif edir.
"Azdin.az" xəbər verir ki, "Birbank"lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv "Birbank Cashback" kartı istifadəçiləri 2022-ci il ərzində hər ay bonuslardan ortalama 54 manat pul qazanıblar.
2022-ci il ərzində "Birbank"lılar ümumilikdə 19 milyon manatdan çox keşbek əldə ediblər. Bu məbləğin təxminən 780 000 manata yaxını "Birbank" vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. "Birbank"ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği təxminən 1,2 milyon manatdır. Müştərilər qazandıqları keşbekin 90%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, "Birbank Cashback" debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən il bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin həcmi təqribən 3,2 milyon manat təşkil edib.Bu gün, 11:52
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27