Bakıda yataqxanada yanğın - 52 nəfər təxliyə

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.


Bu barədə "azdin az"a FHN-dən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər lenti
Çox oxunanlar