Qusarda itkin düşən kişi meşədə tapıldı

Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "azdin az"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.

Xəbər lenti
Çox oxunanlar