Biləsuvarda azyaşlını avtomobil vurub

Biləsuvar rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“azdin.az” xəbər verir ki, 2018-ci il təvəllüdlü T.Bayramlı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar