BDYPİ-dən verilən məlumata görə, qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırır:
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara səslənərək onlardan əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağı, yol hərəkəti qaydalarına sözsüz əməl etməyi xahiş edir", - deyə məlumatda bildirilib.