Zəvvarları daşıyan avtobus dərəyə aşıb, 22 nəfər ölüb

Hindistanda zəvvarları daşıyan avtobus Şiv Hori şəhərinə ziyarətə gedərkən dərəyə aşıb.
 
Hadisə nəticəsində 22 zəvvar ölüb, 60-a yaxın şəxs yaralanıb.
 
Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.
 
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, maddi yardım vəd edərək, yaralıların tezliklə sağalmasını arzulayıb.

Xəbər lenti
Çox oxunanlar