Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları dövlət başçısı Co Baydenin evlərində və Ağ Evdə axtarış aparmalıdırlar.
"Azdin.az" xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Coward Social” sosial şəbəkəsində yazıb.
"FTB nə vaxt Co Baydenin evlərində, hətta Ağ Evdə də axtarış aparacaq?" , - deyə o, qeyd edib.
Bundan əvvəl "CBS News" məlumat yaymışdı ki, ABŞ-ın hazırkı rəhbərinin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid məxfi sənədlər Co Baydenin beyin mərkəzi olan Bayden Penn Mərkəzinin binasında tapılıb.
Qeyd edək ki, 8 avqust 2022-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsində də axtarışlar aparılıb. Həmin ilin may ayında siyasətçinin könüllü olaraq ABŞ Milli Arxivinə qaytardığı sənədlərdə məxfi məlumatlar var idi. Daha sonra Trampa qarşı araşdırmalar başlayıb.
Bu gün, 11:52
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27