Çeçenistan lideri Ramzan Kadırov Türkiyənin İsveç səfirliyi qarşısında "Qurani-Kərim"in yandırılmasına sərt reaksiya verib.
"Azdin.az" xəbər verir ki, Kadırov bu barədə teleqram kanalında yazıb.
“İsveçin Stokholm şəhərində Danimarka Satanist Partiyasının lideri olan bəzi əclaflar Türkiyə səfirliyinin qarşısında "Qurani-Kərim"i yandırıblar. Bu dəhşətli hərəkət Ankaraya etiraz kimi qiymətləndirilib. Amma bu hərəkət əslində müqəddəs dəyərlərə hücum idi”, - deyə bildirib.
Stokholmdakı səlahiyyətlilərin əvvəlki məlumatlarına baxmayaraq bu hərəkətə icazə verdiyi bildirilərkən, “Hər kəs əkdiyini biçər. Bir gün başa düşəcəksən ki, hər şey üçün çox gec olacaq. “Cəhənnəmdə yanın şeytanlar”, - deyə Kadırov sərt reaksiya verib.
NATO-nun şeytanın toxumu olduğunu bildirən Kadırov, "Ukraynaya qarşı İblis qüvvələri ilə də mübarizə aparırıq" və avropapərəstlərin Quranın yandırılmasına heç bir reaksiya verməməsinə də etiraz edib.
Dünən, 14:31
Dünən, 14:28
Dünən, 12:21
Dünən, 11:40
Dünən, 11:38
Dünən, 11:34
Dünən, 11:09
Dünən, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19
2-07-2025, 15:45
2-07-2025, 10:15
2-07-2025, 10:13
2-07-2025, 10:12
2-07-2025, 10:06